Şənbə , Sentyabr 26 2026
azfa

İran rejimi Bəluçistanda interneti kəsərək bəluçları odlu silahla qətliam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Bəluçistanda etirazları qanla basdırmağa davam edir.

Son üç gün ərzində bölgədə etirazlar səngimir və İran rejimi interneti tamailə kəsib və etirazçıları odlu silahlarla qətliam edir.

Bəluçistanın mərkəzi Zahidan şəhəri daxil olmaqla əyalətin bir neçə şəhərində tətil aksiyası baş verib. Bazarlarda daxil olmaqla iş yerləri açılmayıb.

Bəluçistanın Dezap şəhərində öldürülən əhalinin sayının 15 nəfərə çatdığı bildirilir. Həmçinin Xaş şəhərində onlarla yerli əhali öldürülüb və ya yaralanıb. Bununla yanaşı etirazlar onlarla şəhərə yayılıb və rejim qəddarlıqla etirazçıları gülləboran edir. İnternetin kəsildiyi üçün ətraflı məlumatın çatdırılmasında problemlər yaşanır.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …