Cümə , Sentyabr 25 2026
azfa

Amnesty International: Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda hərbi cinayətlər törədib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amnesty International Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda hərbi cinayətlər törətdiyini elan edib.

Təşkilat həmçinin ermənilərin azərbaycanlı hərbçilərin meyitləri təhqir etdiyini bildirib.

Qeyd olunur ki, müharibə vaxtında nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycalı hərbçilərin meyitlərinin təhqir olunması nüşahidə olunub.

“Boğazı kəsilən azərbaycanlı sərhədçinin də ölüm anını qeyd edən görüntülər mövcuddur”.

Daha sonra məruzədə bildirilir ki, il ərzində Ermənistanda fikir və toplanma azadlıqları məhdudlaşdırılıb: “Məhdudiyyətlər əvvəlcə mart ayından sentyabradək COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyətə görə, daha sonra sentyabrda müharibə ilə əlaqədar hərbi vəziyyətə görə tətbiq edilib”.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …