Cümə , Noyabr 20 2026
azfa

Türkiyə gəmisi Qara dənizdə yeni qazma işlərinə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fateh” Qara dənizdə yeni qazma işlərinə başlayıb.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz bildirib.

Məlumata əsasən, gəmi “Sakarya” yatağının “Amasra-1” quyusunda qazma işləri aparacaq.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fateh” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.

Həmçinin yoxlayın

SEPAH ballistik raket buraxılış qurğularının yerini dəyişərək ərəb ölkələrini hədələyir

GADTB: Ərəb mediası SEPAH-ın İranın mərkəzində ballistik raket buraxılış qurğularının yerini dəyişdirdiyi barədə məlumat yayıb. …

Zəncanda “El Aşığı” mərasimi böyük maraqla qarşılanıb

GADTB: Ustad aşıq Müslüm Əsgərinin vəfatının birinci ildönümünə həsr olunmuş “El Aşığı” anım mərasimi 1405-ci …