Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı fəal Səccad Şəhiri girov qarşılığında məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koronavirus pandemiyası ilə əlaqədar azərbaycanlı fəal Səccad Şəhiri girov qarşılığında məzuniyyətə buraxılıb.

Azərbaycanlı vicdan məhbusu girov qarşılığında aprel ayının 25-də Sulsuz zindanında məzuniyyətə buraxılıb.

Qeyd edək ki, irqçi fars rejim  Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Şəhirini aprelin 3-də həbs etmişdi.

Səccad Şəhiri “Sistemə qarşı təbliğat” ittihamı ilə çıxarılan 6 aylıq həbs qərarı rejimin Sulduzdak; Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmişdi.

Şəhirinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə yazılmışdı ki, cinayət prosessual məcəlləsinin A bəndinin 445-ci maddəsinə əsasən məhkumun apellyasiya şikayəti rədd edilib və çıxarılan qərar qüvvədə saxlanılmışdı.

Səccad Şəhiri 2020-ci il yanvar ayının 16-da ETTELAAT məmurları tərəfindən Sulduz şəhərində yaxalanaraq ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülmüşdü.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …