Türk Ordusu İraqda terrorçuların mağarasını məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İraqın Şimalında həyata keçirdiyi əməliyyat zamanı içərisində xeyli silah-sursat olan mağara aşkarlanıb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi rəsmi twıtter səhifəsindən məlumat yayıb.

Bildirilib ki, Silahlı Qüvvələrin “Pəncə İldırım” və “Pəncə Şimşək” hərəkatları çərçivəsində terrorçulara qarşı mübarizə fəaliyyəti davam etdirir.

Bu əməliyyatlar zamanı terrorçulara məxsus daha bir mağara aşkarlanaraq, yararsız hala gətirilib.

Hərəkatlar nəticəsində indiyədək 70-dən çox terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …