Cümə axşamı , Sentyabr 10 2026
azfa

Təbrizdə heyvansevərlər bələdiyyəyə qarşı etiraz aksiyası keçiriblər-Video

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz bələdiyyəsinin məmurları və qurumla müqavilə əsasında əməkdaşlıq edən podratçı şirkətlərin yiyəsiz itlərə qarşı qəddarlıq nümayişi heyvansevər əhalinin ciddi etirazıpna səbəb olub.

Yiyəsiz itlərə qarşı amansız davranış, heyvanların öldürülməsi ilə bağlı yayılan video və fotolor heyvansevərlərin etirazına səbəb olub.

Bir qrup təbrizli heyvansevər xanım bələdiyyə işçilərini hadisə yerindən uzaqlaşmağa məcbur edib və zincirlənən itləri sərbəst buraxıblar.

Heyvansevərlər həmçinin şəhərdə toplaşaraq Təbrizin bələdiyyə başçısına qarşı etiraz aksiyası keçiriblər.

Əhalinin etirazları nəticəsində məsələyə münasibət bildirən Təbriz bələdiyyəsinin nümayəndəsi yiyəsiz itlərin toplanaraq şəhərdən qırağa köçürüləcəyini bildirib.

Həmçinin yoxlayın

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …

ABŞ səfirliyi: Husilər Yəməni İran İslam Respublikası üçün bazaya çeviriblər

GADTB: ABŞ-ın Yəməndəki səfirliyi bildirib ki, husilər və onların İrandakı tərəfdarları hesablamalarında yanılıblar və Yəmənin …