Cümə , Sentyabr 25 2026
azfa

Türkiyə Egey və Aralıq dənizlərində genişmiqyaslı hərbi təlimə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Hərbi Dəniz Qüvvələri mayın 25-də Egey və Aralıq dənizinin şərqində geniş tərkibli “Dəniz canavarı-2021” (Denizkurdu-2021) adı altında hərbi təlimlərə başlayıb.

Təlimdə 25 500 şəxsi heyət, 132 gəmi, 10 sualtı qayıq, 43 təyyarə, 28 helikopter və 14 pilotsuz uçuş aparatı iştirak edir. Bu da 2021-ci ilin martında keçirilən “Mavi Vətən” təlimindən sonra Egey və Aralıq dənizinin şərqində keçirilən növbəti ən geniş tərkibli hərbi tədbirdir. Quru və hava qüvvələri ilə yanaşı, təlimdə Qızıl Aypara Cəmiyyəti və 10 ictimai təşkilatla da əməkdaşlıq ediləcək.

Tədbirin sonunda 83 hərbi gəmi Egey və Aralıq dənizinin şərqində 22 limana yan alacaq. Koronavirus tədbirləri çərçivəsində əvvəlki illərdən fərqli olaraq bu il gəmilərə vətəndaşlar buraxılmayacaq.

“Dəniz canavarı“ iyunun 5-də başa çatacaq.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …