Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb”.

Qeyd olunub ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib:

“Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb.

Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.

Sərəncamımızda olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş vermişdir. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur.

Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır”.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …