İran rejimin Güney Azərbaycan mədənlərini talamağı sürətləndirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Sənaye, Mədən və Ticarət naziri Əlirza Rəzm Hüseyni dolayı yolla Güney Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərəşoran Qızıl Mədəninin talanmasının sürətlənməsinə etiraf edib.

O deyib ki, Zərəşoran Qızıl Zavodunda keçən il bir tondən artıq qızıl istehsal edilib. Cari ildə isə bu mədəndə qızıl istehsalının 20 faiz çoxalacağı proqnozlaşdırılır.

Əlirza Rəzm Hüseyni İran rejiminin Qərbi Azərbaycan vilayətinə bu bölgəni kürdləşdirmək üçün təyin etdiyi kürd vali ilə birlikdə Tikantəpədə Zərəşoran Qızıl Mədəninə baxış keçirərkən İRNA-ya deyib: Zərəşoran Qızıl Zavodunun genişləndirilməsi layihəsi gələn həftə qəbul ediləcək. Həmin layihənin qəbul edilməsi ilə ildə bu mədəndən 1.5 ton qızıl istehsal ediləcək.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın mədənlərini vəhşicəsinə taladığı üçün burada ətraf mühit çirklənir. Eyni zamanda yerli əhaliyə bu mədənlərdən heç bir pay ayrılmadğı və hətta mühacir kürdləri işlətməklə Azərbaycanın bu bölgəsini kürdləşdirirlər. İran rejiminin Azərbaycana qarşı yanaşmasə sırf müstəmləkəçi ölkənin yanaşması kimidir.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …