Şərqi Türküstan Qızılbaşları

GADTB: “…Şərqi Türküstanda Səfəvi əlaqəli On iki İmamçı şiəlik təsiri üzrə indiyə qədər tapdığımız ən önəmli sübut, Yarkənddə qarşımıza çıxan, 5000 nəfərdən ibarət On iki İmamçı şiə camaatdır.

 Bu camaatın dini liderlik baxımından görkəmli ailələri Kəşmirdən köçmüşlərdir və ailə şəcərəsi, Səfəvi dövlətinin quruluş dövrü olan 1530-cu illərdən başladılır. Bizim sahə araşdırmasını etdiyimiz 2016-cı ilin iyununda, camaatın dini liderinin vəkili Ərkincan Yusif tərəfindən bizə verilən şəcərəyə görə ölüm tarixi 1770-ci il olan, Yarkənddəki şiələrin tanınmış, qeyd edilən ilk dini lideri olan Nur Əli Heydər xan, 1510-cu ildə Kəşmirdən Yarkəndə gələn bir ailədəndir. Bu kəşmirlilər, Pakistan-Yarkənd arası ticarət edirlər. Yarkəndli On iki İmamçı şiə kəşmirlilərin bir qismi, zamanla uyğurlaşmış olsalar da, kəşmirli kökənlərinin fərqindədirlər..

“Şiələr” Məscidi ya da “İmam Zaman” Məscidi kimi də tanınan, Kəşmirlilər məhəlləsindəki “Dur-i Qaza” Məscidinin ilk qurucusu, öz hekayələrinə görə, 1533-cü ildə Seyid Xanlar dövründə Mir Əli Heydər xan adlı kəşmirliyə qədər uzanır. Bu tarix, Səfəvilərin həm Şeybanilər, həm də Baburlara qarşı bölgədə fəaliyyət göstərdiyi 16-cı əsrə gedir. Qurban və Ruzə (oruc) bayramları, Məhərrəmlik və onunla əlaqəli aşura fəaliyyətləri və s. həmişə bu məsciddə icra edilir.

Məscidin içindəki qızıl, qara və yaşıl rəngli parçaların üstündə müxtəlif ayə və hədislər var.

Qızıl, Kərbəla şəhidlərini; qara, On iki İmamları (ə); yaşıl, Hz.Əlinin (ə) şəhidliyini simvolizə edir. Hər növ dini rituallar, İranda necə həyata keçirilirsə, elə həyata keçirilir”.

Mənbə: Zahide Ay, “Doğu Türkistan’da Oniki İmamcı Şiilik Unsurları ve Safevi Etkisi: Hoten ve Yarkent Sahaları”, səh.106.

Ramil Əkbərov

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …