Cümə , Sentyabr 25 2026
azfa

Hulusi Akar Türkiyə hərbçilərinin Azərbaycandakı missiyasından danışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  “Türkiyənin Quru Qoşunları pandemiya şərtlərinə baxmayaraq, BMT, NATO, ATƏT, Avropa İttifaqı nəzdində və ikitərəfli sazişlər çərçivəsində Azərbaycan, Əfqanıstan, Kosovo, Bosniya-Herseqovina, Liviya, Qətər və Somali kimi bir çox coğrafiyada regional, qlobal mövzularda sülh və sabitliyə böyük töhfələr verməkdədir”.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Ordusuna Quru Qoşunlarının yaradılmasının 2230-cu illiyi münasibətilə ünvanladığı təbrik mesajında bildirib.

Nazir deyib ki, Türkiyə Ordusunun Quru Qoşunlarının əsası Mete Xan tərəfindən qoyulub və hazırda bu qəhrəman, fədakar heyət köklü tarixinə, milli, mənəvi , peşə dəyərlərinə sadiq qalmaqla, dünyanın ən hörmətli hərbi qüvvələrindən biridir: “Quru Qoşunlarımız ölkəmizdə və sərhədləri aşaraq vətənimizin, sərhədlərimizin, nəcib millətimizin təhlükəsizliyi üçün hər cür təhdid və təhlükələrə qarşı qətiyyət və əzmlə mübarizə aparır. Bu çərçivədə yüksək texnologiyalı yerli və milli müdafiə sənayesi məhsulları ilə təchiz olunmuş Quru Qoşunlarımız, terrorla mübarizə çərçivəsində həyata keçirdiyi genişmiqyaslı əməliyyatlarla şərəfli tariximizə yeni və böyük nailiyyətlər əlavə edir. Quru Qoşunlarımız yeddi iqlimdə üç qitəyə sülh, ədalət və əmin-amanlıq gətirən nəcib millətimizin və əcdadlarımızın sevgisindən, inamından və duasından aldığı ilhamla özünə veriləcək hər cür vəzifəni uğurla yerinə yetirir və yetirəcək, bundan sonra da ölkəmiz üçün qürur mənbəyi olmağa davam edəcək”.

Qeyd edək ki, Türkiyə hərbçiləri Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərir.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …