Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran rejimi korona vaksini vurmadığı üçün əhali vaksin vurmaq üçün Ermənistana axın edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi korona vaksini vurmadığı üçün əhali vaksin vurmaq üçün Ermənistana axın edir.

Məsələyə toxunan İranın Sərnişin Daşımaçılığı Şirkətləri Birliyinin rəisi Əhmədrza Amiri İran-Ermənistan sərhədindəki Culfa şəhərinə avtobus biletlərinə və ya birbaşa avtobus sifarişinə tələbatın artdığını bildirib.

Amiri İLNA-ya açıqlamasında deyib ki, bu tələbat Ermənistanın xarici turistləri pulsuz vaksinasiya edəcəyini bildirməsindən sonra artıb.

Amirinin sözlərinə görə, bu avtobusların gediş təyinatı Culfada Ermənistanla sınırda “Nurduz” şəhəridir və Tehrandan gedən hər avtobusda gediş biletinin qiyməti 8-10 milyon tümən arasındadır.

Onun sözlərinə görə avtobusların Ermənistana daxil olması pandemiya ilə bağlı qadağan olduğu üçün sərhəddə erməni avtobusları turistləri ölkə daxilinə daşıyır. Həmçinin sərhəd zonasına təcili yardım avtobuslarının da yerləşdirildiyi və orada vaksinasiya həyata keçirildiyi bildirilir.

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …