Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Kürdlərin himayə etdiyi Urmiya bələdiyyə başçısı Azərbaycan türkcəsi ilə düşmənçiliyə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın kürdlərin himayə etdiyi yeni təyin edilmiş bələdiyyə başçısı Məcid Ağazadə Azərbaycan türkcəsi ilə düşmənçiliyə başlayıb.

Ağazadə qurumun mətbu orqanı olan “Şəhərimiz” nəşrinin adını farscaya dəyişdirib. “Şəhərimiz” mətbu orqanı bundan sonra farsca “Peyame şəhr” adlanacaq.

Qeyd edək ki, Urmiyanın keçmiş bələdiyyə başçısı Məhəmməd Həzrətpur yanvar ayının 11-də həbs ediəndən sonra bələdiyyə başçılığına təyin edilən Məcid Ağazadənin fəaliyyəti bu müddətdə tənqidlərlə qarşılaşıb.

Bir müddət öncə Urmiya şəhər şurasının 7 türk üzvündən 6-ı onun yarıtmaz idarəçiliyi ilə bağlı müraciət hazırlayıb. Onlar iyunun 29-da bələdiyyə başçısının impiçmentini tələb ediblər.

Şəhər şurasının 4 kürd üzvü və milliyyətcə türk olan Hüseyn Pənahi isə Məcid Ağazadəni dəstəkləyiblər.  

Antitürk bələdiyyə başçısının bu antitürk addımı isə əhalinin ciddi etirazı ilə qarşılaşıb.

Həmçinin yoxlayın

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …