Kürdlərin Qərbi Azərbaycanda idarəçiliyə gətirilməsi sürətlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Qərbi Azərbaycanı kürdləşdirməyə davam edərək, bu bölgənin Kürdüstanlaşdırma planını sürətləndirib. H.Ruhani isə bu Azərbaycan vilayətinə kürd vali təyin etməklə Qərbi Azərbaycanın Kürdüstanlaşdırılmasına açıqmərhələyə keçirib və bu iyrənc planı sürətlə həyata keçirilir.

İrqçi fars rejiminin bu antitürk və Antiazərbaycan siyasətinə Urmiyanın bəzi millət vəkilləri də etiraz etməyə məcbur qalıblar. Urmiyanın məclisdəki millət vəkili Nadir Qazipur bu məsələyə etiraz edərək deyib: Qərbi Azərbaycan idarəçiliyi kürdlərə tapşırılmayacaq.

Qazipur deyib: “Qərbi Azərbaycanda idarəçilik heç vaxt etnik azlıqlara tapşırılmayıb. Bu etniklərin bəzilərinin mövqeyi bizə aydındır. Burada bir sıra etniklərin məskunlaşması və onların sayının artması əyalətin idarəçiliyini onların ixtiyarına vermək mənasına gəlmir. Burada söhbət hansısa qərəzdən getmir. Məsələn, Tehran əhalisinin ən azı 40 faizi türkdür. Lakin türklər Tehranda idarəçiliyi ələ keçirməyə çalışmır”.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın