Şənbə , Sentyabr 12 2026
azfa

Ermənilər Azərbaycana qarşı növbəti təxribat cəhdi etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İspaniyada yaşayan ermənilər Qranada şəhərinin Əlhambra muzeyində nümayiş etdirilən qədim Azərbaycan xalçalarına qarşı təxribata cəhd ediblər.

Muzeyin xalçaların qədim Azərbaycan diyarı olan Qarabağa aid olduğunu qeyd etməsi (Qarabağ (Azərbaycan) XIX əsr – red.) bu ölkədəki ermənilərin narazılığı ilə qarşılanıb. Ermənilər hətta muzeyin rəhbərliyinə də qarşı təzyiqlərdən istifadə etməyə başlayıblar. Onlar sosial şəbəkələrdə də qədim Azərbaycan xalçalarının guya ermənilərə məxsus olduğunu iddia edirlər.

Qeyd edək ki, bu, İspaniyada təkcə sakinlərin deyil, xarici turistlərin də böyük maraq göstərdiyi məşhur muzeylərdən biridir.

Həmçinin yoxlayın

Tankertreckerz: İran İslam Respublikası ilə əlaqəli sanksiyalı neft tankeri ABŞ blokadası xəttini keçdikdən sonra geri qaytarılıb

GADTB: Neft tankerlərini izləyən “Tankertreckerz” saytı bildirib ki, İran xam neftinin daşınmasına görə ABŞ sanksiyalarına …

Səravanda 9 saat davam edən qarşıdurma başa çatıb: Bəxşan ağır atışmalardan sonra sakitliyə qərq olub

GADTB: İran İslam Respublikasının təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında Səravanın Bəxşan bölgəsində təxminən 9 …