Bazar , Oktyabr 18 2026
azfa

Ərdəbildə azərbaycanlı siyasi məhbus Ruzbeh Piriyə azadlıq tələbilə qrafit və şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar sentyabrın 15-də İran rejimi tərəfindən yaxalanan və barəsində qondarma ittihamlarla cinayət işi açılan azərbaycanlı mədəni fəal Ruzbeh Piriyə qrafit və şüarlar yazmaqla azadlıq tələb ediblər.

Azərbaycanlı fəallar Ruzbeh Pirinin şəkli əks olunan qrafitləri Ərdəbil şəhərinin müxtəlif məhəllələrində divarlara çəkib və “Azadlıq üçün döyüşən nəslin səsini ciddi qəbul edin” şuarını yazmaqla İran rejiminə xəbərdarlıq edilib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri sentyabrın 9-da Təbriz şəhərində rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanıb.

Ruzbeh Piri “Təbriz” nəşrinin məsulu olub. O, “Nəvide Etedal” öyrənci təşkilatının qurucusu və “Sultan Mehmet Fateh” kitabının tərcüməçisidir.

O, qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal eyni dövrdə rejimin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdı.

O “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün həbsə məhkum edilmişdi.

İyul ayının 5-də həbs cəzasının müddəti bitdikdən sonra Piri sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …