Qaşqay türklərinin tanınmış şairi Həmrah Danişvər vəfat etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin tanınmış şairi və ədəbiyyatçısı Həmrah Danişvər 75 yaşında vəaf edib.

Qaşqayların “Baydaq” saytının yaydığı məlumata görə Həmrah Danişvər 1945-ci ildə doğulub və qaşqayların məşhur kəşkül tayfasından olub.

İqaşqay şəhəri olan Firuzabadda ilk təhsilini aldıqdan sonra 1975-ci ildə Şiraz Universitetində təhsilini davam etdirib.

Həmrah Danişvərin türkcə şeirlərinin bir hissəsini ehtiva edən “İncim, düzül” şeir kitabı nəşr olunub.

Qeyd edək ki, Qaşqay türklərinin Güney Azərbaycanla körfəz arasında yaşayır və Qaşqayyurd Azərbaycanı körfəzə bağlayır. Lakin İran rejimi həmin ərazidə müxtəlif vilayətlər yaratmaqla bu bütövlüyü pozmağa çalışıb.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …