Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejimi Azərbaycan ordusuna dəstək mitinqində iştirak edənləri mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Iran rejimi Azərbaycan ordusuna dəstək mitinqində yaxaladığı azərbaycanlı fəallar mühakimə edib.

Azərbaycanlı milli-mədəni fəallar Pərviz Siyabi Gürcüan, Hüseyn Balaxani İsalu, Mürtəza Pərvin Cuda, Hamid Heydəri Barıs, Məhəmməd Colani Ocaq, Mustafa Pərvin Cuda, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Müctəba Pərvin Cuda, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colani Ocaq Azərbaycan ordusuna dəstək verdikləri üçün şərlənərək bəzi ittihamları ilə bağlı mühakimə ediliblər.

Fəallara qarşı irəli sürülüən saxta ittihamların bir sırası üzrə məhkəmə keçirilib. Məhkəmədə azərbaycanlı fəallar onlara qarşı irəli sürülən “İran rəhbəri Əli Xaməneini təhqir etmək ” və “Milli təhlükəsizliyə qarşı toplaşma və əlbirolma” ittihamlarından özlərini müdafiə edərək bildiriblər ki, təhlükəsizlik orqanları məhkəmə qurumundan alət kimi istifadə edərək, yalan ittihamlar irəli sürüb və məsələnin mahiyyətini təhrif edib.

Qeyd edək ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …