Bazar ertəsi , May 20 2024
azfa

İran işğal zamanı Xankəndi üzərindən bir neçə milyardlıq gizli əməliyyatlar aparıb

GADTB: “İran silahlı qüvvələrinin Azərbaycana qarşı “ikinci cəbhə” açması təkcə İrəvanı məğlubiyyətdən xilas etmədi. 30 illik işğal sayəsində heç bir qoruyucu qüvvə və ayrıcı xətt olmadığı üçün İran özünü Qarabağla sərhəd, hətta onu özünün bir parçası kimi görməyə başlamışdı. İndi bizim 130 kilometrdən artıq cənub sərhədini azad etməyimizin əhəmiyyətini hər kəs yaxşı başa düşür – Azərbaycan Qarabağı təkcə bir dövlətdən geri almayıb”.

GADTB “Azad İrana” telegram kanalına istinadən yaydığı məlumata görə, bunu Az’rbaycan Milli Məclisinin iclasında millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, İranın ali dini lideri Əli Xameneinin “təhlükəsizliyini başqa qüvvələrə tapşıranlar şillə alacaqlar” sözləri daha çox Ermənistana aiddir, çünki Tehran və İrəvan bir siyasi mərkəzdə birləşəndə həqiqətən də ermənilərə təhlükə artacaq.

Onun sözlərinə görə, İranın Azərbaycan-İsrail münasibətlərinə dair iddiaları Azərbaycana və onun tarixi qələbəsinə qarşıdır.

Millət vəkili Qarabağ işğal altında olan müddətdə İranın bu ərazilərdəki qeyri-leqal fəaliyyətinə də diqqət çəkib.

“Amerika və Avropa Birliyinin embarqolarından qaçmaq üçün İranın 25-dən artıq bankı, 400-dən çox şirkəti Xankəndi üzərindən xarici nəzarətdən yayınaraq, gizli şəbəkələri vasitəsilə on illər ərzində bir neçə milyardlıq maliyyə əməliyyatları aparıblar.

İndi Qarabağ və ətraf ərazilərin yeraltı və yerüstü sərvətlərinin böyük əksəriyyəti İran şirkətlərinin əlindən çıxıb”, – deyə Zahid Oruc əlavə edib.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …