Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanın ciddi etirazlarından sonra İran Laçın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdiyini iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının uzun müddət ciddi etirazları və xəbərdarlığından sonra İran rejimi Laçın dəhlizi ilə Qarabağa yükdaşımaları məcburən qadağan etməsinə dair sənəd yayıb. Bu sənədin Azərbaycanı aldatmaq xarakteri daşıdığı və ya ona əməl edəcəyi barədə isə hələlik məlumat yoxdur.

Rejimin yaydığı sənədə görə, İranın Yol və Nəqliyyat Təşkilatı nəqliyyat şirkətlərinə təlimat göndərərək sürücülərin və İran vətəndaşlarının Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ümumiyyətlə, Laçın dəhlizinə girişini qadağan edib.

Qurumun Beynəlxalq Tranzit İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayəti İran Xarici İşlər Nazirliyinin 1 oktyabr tarixli direktivinə istinad edib.

O, beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına təlimat məktubu yazaraq Azərbaycan Respublikasının sözügedən ərazisinə bu ölkənin rəsmi sərhədləri xaricində hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

Yol və Nəqliyyat Təşkilatı Ermənistan ərazisi vasitəsilə Azərbaycan Respublikasının Laçın dəhlizindən Dağlıq Qarabağ bölgəsinə girişlə barəbər, Qarabağ bölgəsi ilə hər hansı ticarət müqaviləsinin imzalanması və mal-əmtəə qaiməsi sənədlərinin verilməsinin də yasaq edildiyini bildirib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …