Güney Azərbaycanda ana dilində təhsillə bağlı kampaniya başladılıb

GADTB-nin Mətbuat Mərkəzinın “Azad İran”a istinadən yaydığı məlumata görə, Güney Azərbaycanda məktəblərdə ana dilində təhsillə bağlı yeni kampaniya başladılıb.

Güney Azərbaycanda məktəblərdə ana dilində təhsilin tərəfdarları parlamentin təhsil komissiyasının sədrinə məktubla müraciət ediblər.

Onlar ana dilində təhsilin asanlaşdırılması istiqamətində qanunların qəbulu üçün kampaniya başladıbblar.

Mövzunun tərbiyəvi və psixoloji tərəflərinə daha çox diqqət yetirilən məktubda ana dili farsca olmayan uşaqların məktəbəqədər və ibtidai sinifdən fars dilində təhsil almasının olduqca çətin olduğu bildirilir.

Təbrizin “Azərəncümən” saytının verdiyi məlumata görə, məktub müəllifləri və onu imzalayanlar uşaqların psixoloji sağlamlığı və rahatlığı üçün ana dilində təhsil haqqında qanunun qəbul edilməsini və fars dili dərslərinin fars ədəbiyyatı kimi kurslarla yanaşı tədris olunmasını istəyiblər.

Qeyd edək ki, məktub İran parlamentinin Təhsil Komissiyasının rəhbəri olan Təbriz, Tufarqan və Üskü şəhərlərinin İslam Şurası Məclisindəki millət vəkili Əlirza Munadiyə xitabən yazılıb.

Əlirza Munadi hər dəfə parlament seçkiləri öncəsi yenidən parlamentə millət vəkili seçilmək üçün yüksək məbləğdə vəsait xərcləməklə yanaşı, təbliğat kampaniyası zamanı Azərbaycan dili və mədəniyyəti amilindən də istifadə etməyə çalışır.

Ancaq parlamentə yerləşdikdən sonra verdiyi şüarlarla əlaqəli olan komissiyanın sədri keçməsinə baxmayaraq bütün vədlərini unudub.

Bu, ona səs verən əhalinin narazılığı və etirazları ilə qarşılasa da, Əlirza Munadi bu günə kimi məsələ ilə bağlı parlamentdə hər hansı çıxış etməyib və təklif irəli sürməyib.

İmza kampaniyası:

https://www.karzar.net/18806

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …