Başqırdıstanda ermənilərin şərlədiyi türkçü fəala həbsə məhkum edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın işğalında olan Başqırdıstan türk respublikasında ermənilərin şikayət etdiyi türkçü fəala həbs cəzası verilib.

Məhkəmə ictimai fəal Ramilə Seyitovanı ekstremist fəaliyyətdə təqsirli bilərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edib.

Ona sosial şəbəkələrə 2 il ərzində daxil olmaq da qadağan edilib.

Ramilə Seyitova Başqırdıstanda erməni mənşəli şəxslərin çox olmaslına rəğmən, 2020-ci ilin yayında Burzyan rayonunda meşə yanğınları zamanı respublikada yaşayan bütün millətlərdən könüllülərin olmasına baxmayaraq, ermənilərin yoxluğunu qeyd etmişdi.

Erməni diasporu bunu millətçilik və ektremizm kimi dəyərləndirərək Ufa şəhər məhkəməsinə şikayət etmişdilər.

Ramilə Seyitova başqırd mədəniyyətinin tərənnümü və türk xalqlarının birliyinə çağırış edən videoçarxları ilə tanınırdı.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …