Arayik Harutyunyan Qarabağda hərbi səfərbərlik elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı erməni terrorçuların rəhbəri Arayik Harutyunyan bu gün “sərəncam” imzalayıb.

Həmin “sərəncam”a əsasən səfərbərlik elan olunub.

Belə ki, yanvar ayının 1-dən etibarən Qarabağda yaşayan, 18 yaşı tamam olmuş, habelə indiyə qədər “möhlət hüququ” almış şəxslər “həqiqi hərbi xidmətə” çağrılacaq. Proses fevralın sonuna kimi davam edəcək.

Qeyd edək ki, Qarabağdakı erməni separatçıları hər vəchlə qondarma “müdafiə ordusu”nun “var” olduğunu nümayiş etdirmək istəyirlər.  

Maraqlıdır ki, Azərbaycan tərəfi ermənilərin bu özbaşınalığına heç bir reaksiya vermirlər. Halbuki 10 noyabr bəyanatında Qarabağdakı Ermənistan ordusunun bütün bölmələrinin ərazidən çıxarılması və oradakı qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi bəndi mövcuddur və tələb kimi qoyulub.

Lakin buna baxmayaraq, separatçılar yenə də hərbi qüvvə saxlayır, “ordu” düzəldir və bu tələbi yerinə yetirməkdən imtina edir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …