Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran rejimi azərbaycanlı fəal Məsud Qasımzadəni Təbrizdə yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi noyabrın 13-də Ərdəbildən olan azərbaycanlı fəal Məsud Qasımzadəni Təbrizdə yaxalayıb.

Azərbaycanlı fəal məhkəmə hökmü olmadan rejimin məmurları tərəfindən yaxalanaraq naməlum yerə aparılıb.

Azərbaycanlı fəalın yaxalanma səbəbləri, nədə ittiham olunduğu və haraya aparılması barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, Məsud Qasımzadə Ərdəbildə Traxtur komandasının liderlərindən olub. O hazırda Təbrizdə yaşayır.

Azərbaycanlı fəal bundan öncə də bir neçə dəfə rejimin məmurları tərəfindən çağrılaraq, dindirilib və hədələnmişdir.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …