Cümə axşamı , May 7 2026
azfa

Mustafa Şəntop TÜRKPA-nın adının dəyişdiriləcəyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntop deyib ki, “Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) adını ən qısa zamanda dəyişdirib, daha güclü bir birliyə çevirəcəyik”.

Şəntop deyib: “Bu, təbii ki, sadəcə ad dəyişikliyi deyil. Qazaxıstanda TÜRKPA-nın toplantısını keçirdik. Həmin iclasda bu məsələ qaldırıldı. Orada qeyd olundu ki, Türkdilli Dövlətlərin Parlament Assambleyasının adını dəyişdirək, Türk Dövlətlərinin Parlamentlərarası Birliyi adını qoyaq. İlk növbədə dövlət başçılarının bir araya gəlib, adı dəyişdirməsi lazımdır, sonra ona əməl edəcəyik. Bu səbəbdən məsələ hələ açıq qalır. Özbəkistanın da TÜRKPA-ya üzvlüyə qəbul edilməsinin məntiqli ola biləcəyini düşünürük”.

Xatırladaq ki, noyabrın 12-də İstanbulda dövlət başçılarının toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək, Türk Dövlətləri Təşkilatı adlandırılıb.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …