Türkiyə terror təşkilatı PKK-ya qarşı “Eren Qış-6” əməliyyatına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Tunceli şəhərində bölücü terror təşkilatı PKK-ya qarşı “Eren Qış-6” əməliyyatı başlayıb.

Türkiyə Daxili İşlər Nazirliyinin mövzuyla bağlı bəyanatında terror təşkilatı PKK-nı ölkə gündəmindən çıxarmaq və bölgədə sığındıqları hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədilə Tuncelidə “Eren Qış-6 əməliyyatı”na start verildiyi qeyd edilib.

Bəyanatda ölkədə terrorun tamamilə aradan qaldırılması üçün həyata keçirilən “Eren” qış əməliyyatlarının vətəndaşların dəstəyi ilə “inanclı” və “qərarlı” şəkildə uğurla davam etdiyi vurğulanıb.

Türkiyə Daxili işlər naziri Süleyman Soylu “Millətimizin yaşadığımız yerlərdə sülh və əmin-amanlıq içində həyatını davam etdirməsi üçün gecə-gündüz mübarizə aparan, dağlarda və çöllərdə terrorçuları qovalayan qiymətli təhlükəsizlik qüvvələrimiz və jandarmımız bu gün səhərdən “Eren Kış-6″ əməliyyatına 1060 personal ilə start vermişdir. Əməliyyat Tuncelidə Mərcan dağları bölgəsində keçiriləcək” deyib.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …