Şənbə , Sentyabr 26 2026
azfa

Təbrizdə avtomobil zavodunun işçilərinin etiraz aksiyası davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə İranxodro şirkətlər qrupuna daxil olan Təbriz avtomobil zavodunun işçiləri istəklərinin yerinə yetirilmədiyi və hüquqlarının bərpa olunmadığı üçün etirazlarına davam edirlər.

Noyabrın 24-ü axşam saatlarından etibarən zavodun binası qarşısına toplaşan anarazılar “ləyaqətsiz müdiriyyət istəmirik” və s. şüarlar səsləndiriblər. Onlar etirazları bu gün də davam edir.

Etirazçı işçilər zavod rəhbərliyi və aidiyyatı qurumların onların tələblərini yerinə yetirmədikləri zavod ərazisində aksiyalarını davam etdirəcəklərini söyləyiblər.

Onlar zavodun Tehranda olan bölməsi ilə əmək haqlarında bir neçə qat fərq olduğunu və ciddi şəkildə ayrıseçkiliyə maruz qaldıqlarına etiraz edirlər.

Azərbaycanlı işçilər eyni zamanda iş təsnifatının olmamasına, iş şəraitinin ağır olamsına da etirazlarını bildiriblər. Həmçinin gecikdirilmiş əmək haqlarının ödənilməsi digər tələblər arasındadır. İşçilər əmək müqavilələrinin 3 aydan bir yenilənməsini də tələb ediblər.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …