Bazar ertəsi , May 6 2024
azfa

Azərbaycanlı fəal Ruzbeh Pirini döyən rejimin məmurları cəzadan azad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi azərbaycanlı fəal Ruzbeh Pirini yaxalayarkən döyən rejimin məmurlarını cəzadan azad etdi.

Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri 26 noyabrda öz “İnstaqram” səhifəsində paylaşımda bu barədə məlumat verib.

O yazıb ki, Təbrizdə İranın Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsi tərəfindən onu döyən mülki geyimli məmurların mühakiməyə cəlb edilməditi üçün etiraz məktubu hazırlayaraq, verilmiş qərarın dəyişdirilməsini və şahidlərin ifadələrinin dinlənilməsini, qanun pozuntusuna yol vermiş əməmurların məhkəməyə çağırılması haqqında sərəncam verilməsini tələb edib.

İranın Təbrizdəki İkinci Cinayət Məhkəməsinin 112-ci şöbəsinin hakimi tərəfindən əsassız adlandırılan etiraz məktubunda Ruzbeh Piri yazıb:

“Sentyabrın 9-da sayı 10 nəfərdən çox olan mülki geyimli məmurlar tərəfindən hücuma məruz qalaraq qandallanıb, yaxalanma zamanı təhqir edilərək, döyülmüşəm. Döyülmə nəticəsində üz, əl və ayaq nahiyələrindən xəsarət aldığım barədə həkim arayışı məhkəmə işimədə əlavə olunub. Yaxalanma zamanı döyülmyimlə bağlı şahidlərin olmasını qeyd etməyimə baxmayaraq iş prosesində onların ifadələrinə istinad edilməyib. Ona görə də iddiamı sübut etmək üçün şahidlərin ifadələrinin dinlənilməsini xahiş edirəm.”

Qeyd edək ki, Ruzbeh Piri sentyabrın 9-da 12 nəfər rejimin mülki geyimli məmuru tərəfindən yaxalanıb və yaxalandığı zaman heç bir məhkəmə qərarı göstərilməyib. Həmçinin fəal məmurlar tərəfindən vəhşicəsinə döyülüb.

Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək naməlum yerə aparılıb.

Piri iki həftə ETTELAAT-ın təcridxanasında saxlanılıb və dindirildikdən sonra rejimin Təbrizdəki Mərkəzi Zindanına köçürülüb. Fəal sentyabrın 29-da 300 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …