Cümə , İyul 31 2026
azfa

Azərbaycanlı kinorejissorlar beynəlxalq festivalda mükafat qazandılar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə keçirilən 9-cu İstanbul İpək Yolu Film Festivalında Güney Azərbaycandan olan azərbaycanlı kinorejissorlar mükafata layiq görülüblər.

Festivalda kinorejissor Məhəmməd Əlimuradi “Adım” filminə görə ən yaxşı sənədli film mükafatını, Rza Fəthi isə “Zömehrir” fikminə görə ən yaxşı ssenari mükafatına layiq görülüblər.

Qeyd edək ki, İstanbulda keçirilən 9-cu Beynəlxalq İpək Yolu Film festivalında 3800 filmin namizədliyi irəli sürülüb və oktyabrın 6-ı axşam müxtəlif bölmələr üzrə qaliblər elan edilib.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …