Cümə axşamı , Sentyabr 24 2026
azfa

Türkiyə hərbi hava qüvvələri sahəsində Fransanı geridə qoydu bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “FlightGlobal” jurnalı “Dünya Hərbi Hava Qüvvələri 2022-ci il” araşdırmasının nəticələrini açıqlayıb.

Türkiyə Hərbi Hava Qüvvələri növbəti dəfə siyahının ilk onluğunda yer alıb.

Araşdırmaya görə, siyahıya 13 246 təyyarə (25%) ilə ABŞ başçılıq edir. Rusiya 4173 hərbi təyyarə və ya dünya üzrə ümumi təyyarənin 8%-i ilə ikinci, Çin isə 3285 hərbi təyyarə və helikopterlə üçüncü yerdədir.

Araşdırmaya görə, Türkiyə 1057 təyyarə ilə dünya hərbi donanmasının 2%-ni təşkil edir. Bununla Türkiyə Fransanı geridə qoyub.

Araşdırmada Türkiyə 474 döyüş helikopteri ilə bu sahədə 7-ci, təlim təyyarələri/vertolyotları sahəsində isə 277 ədədlə 9-cu olub.

Araşdırmaya həmçinin dünyada hava qüvvələrinin ən çox istifadə etdiyi 10 təyyarə də daxil edilib.

ABŞ-ın “General Dynamics” şirkəti tərəfindən hazırlanan hesabatda “F-16” 2248 ədədlə siyahının başındadır. “F-16”lar qlobal hərbi donanmadakı döyüş təyyarələrinin 15%-ni təşkil edir.

Rusiyanın “Su-27” 1063 ədədlə (7%) 2-ci, “Su-30” təyyarələri isə 963 ədədlə (6%) 3-cü yeri tutub.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …