Urmiya gölünün suyu 1.8 milyard kubmetrə qədər azaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Urmiya gölünə axan çayların qarşısını kəsdiyi üçün gölün suyu 1.8 milyard kubmetrə qədər azaldı.

Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd bu barədə açıqlama verərək bildirib ki, hazırda göldə suyun həcmi 1.8 milyard kubmetrə qədər azalıb.

Faxirifərd bildirib ki, Urmiya gölünı axıdılmalı olan illik su payının buraxılmaması su həcminin və gölün sahəsinin azalmasında əsas amillərdən biridir.

O, hazırda Urmiya gölündən qaydasız duz çıxarmanın təhlükəli olduğunu açıqlayıb və deyib ki, belə davam edəcəyi təqdirdə Azərbaycan əyalətləri ilə yanaşı qonşu ölkələr də duz fırtınalarından əziyyət çəkəcək.

Əhməd Faxirifərd bildirib ki, dövlət gölün bərpa işlərinə ciddi diqqət yetirmir və Urmiya gölündə baş verən fəlakət bölgədə mövcud olan ekoloji problemlərdən yalnız biridir. Urmiya gölü, baş verməkdə olan fəakətlərin yalnız bir nümunəsidir.

Belə ki, qrunt sularının idarə edilməsi, əkinçilik və yanlış suvarma sistemi kimi başqa ciddi problemlər də mövcuddur.

Valilik, regional Su Şirkəti və başqa əlaqədar qurumlar dövlətə bu problemlərin həll olunmasına diqqət ayırması üçün təzyiq göstərməlidir.

Faxirifərd həmçinin deyib ki, qonşu ölkələr də Urmiya gölünün quruması nəticəsində meyadana gələn duz fırtınalarından ziyan görəcək.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …