Şənbə , Aprel 20 2024
azfa

Ərəb qaynaqları albanların türk olduğunu təstiq edir

GADTB: Azərbaycanın, o cümlədən Arranın ən qədim zamanlardan türklərlə məskun olduğunu erkən ərəb mənbələri də təsdiq et məkdədir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin Vll əsdə qələmə aldığı “Xəbərlər”əsərində yazılır ki, xəlifə l Müaviyə Azərbaycanın işğalı ərəfəsində ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da cavab vermişdir ki, Azərbaycan ən qədimdən türklər ölkəsidir və orada türklər yaşayır.

(Буниятов, 1964, s. 5).

1126-cı ildə tərtib edilmiş, müəllifi bilinməyən farsca bir tarix əsərində isə Himyar şahlarından Rəişəyə istinadən bildirilir ki, Azərbaycan ən qədim zamanlardan türklərin əlində olan ölkədir. (Буниятов, 1965, s. 183).

Eyni fikri professor Helmoltun ümumi redaktəsi altında 120 tarixçi alimin birgə yazdığı “Ümumi bəşəriyyət tarixi” fundamental əsər də təsdiq edir. Kitabın ll cildində, Atropatenaya, yəni Azərbaycana həsr edilən bölümdə belə deyilir:

“Tarixin göstərə bilmədiyi məchul bir zamandan bu yerlərdə başdan-başa türklər yaşamaqdadır” (Azer Senan. 1942, s. 23-24).

Türklərin Azərbaycanın, o cümlədən Arranın əsas əhalisi olduğunu sonrakı dövr mənbələr də göstərməkdədir. Məsələn, Xll əsrdə qələmə alınmış müəllifi bilinməyən bir gürcü mənbəsin-

də deyilir ki, “Qışı türklər…Tiflislə Bərdə arasında keçirirlər… Yazda isə onlar Somxet və Ararat (Ağrı) dağlarına qalxırlar” (Brosset, 1849-1850, s. 358-359).

Bənzər fikir XIII əsrdə qələmə alındığı bilinən “Əcaib əd-Dünya” adlı anonim bir fars qaynağında da təkrarlanmaqdadır:

“Arran Münbit yerdir, naz – nemətlə zəngindir, şahların qışlaq yeri olub. Dünyanın heç bir yerində Arranda olduğu qədər marət yoxdur. Heç bir yerdə buradakı qədər çoxlu sayda türk

yoxdur. Deyirlər ki, orada yüz min türk atlısı var. Arranın eni və uzunu 30 x 40 fərsəngdir” (Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə, 2003, s. 126).

Deyilənlərə A. Krımskinin aşağıdakı sözlərini də əlavə etmək: “Arana gəlincə, qeyd etmək lazımdır ki, o, türkmənlərin köç yerlərindən alınaraq 1226-cı ildə Beyləqana, Araz sahillə rinə sürülən çox sayda sürüyə sahib olan türkmən boylarının heyvanları üçün gözəl otlaq yeri idi. Bu sürülərdəki heyvanların sayı 30 min başa çatırdı. Arranda yaşayan türkmənlərin dəqiq sayı göstərilməsə də ,qonşuluqdakı sərkərdələrdən biri onları qaynaşan qarışqa yuvasına və saysı-hesabsız çəyirdtkə ordusuna bənzədərək, onların əmirlərinin yerli qalalarda oturduqlarını qeyd etmişdir (Крымский A., 1981, s. 111-112).

Bəxtiyar Tuncay,

Şahlar Hacıyev.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …