İranın ETTELAAT məmurları azərbaycanlı fəal Təbrizdə yaxalayaraq döyüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin ETTELAAT İdarəsinin məmurları azərbaycanlı idmançı və mədəni fəal Təbriz şəhərində “boksçu Kərim” kimi tanınan Kərim İsmayılzadəni yaxalayaraq, ETTELAAT İdarəsində döyüb və işgəncə ediblər.

Azərbaycanlı fəal dekabrın 12-də Təbrizdə Urmiya gölünün ekoloji fəlakətinə səlahiyyətli qurumların diqqət yetirməməsinə etiraz etdiyi üçün saxlanılıb və üç günlük müvəqqəti həbsdən sonra zaminə buraxılıb.

O, həbsdə olarkən vəhşicəsinə döyülüb, belə ki, boyun nahiyəsinə elektrik dəyənəyi ilə vurulması nəticəsində ilk gün xəstəxanaya aparılıb və bədəninin müəyyən yerləri hələ də hissiyatsızdır.

Azərbaycanlı fəal azadlığa çıxandan sonra bir neçə dəfə həkimə müraciət etsə də, hələ də vəziyyəti yaxşılaşmayıb.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …