Cümə axşamı , Aprel 25 2024
azfa

İran erməni separatçıların turnirinə qatılmaq üçün idmançılarını Xankəndinə göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiy Azərbaycan ərazisindəki separatçı-terrorçu rejim növbəti qanunsuz tədbirə hazırlaşır.

Erməni sperataçılar Xankəndidə müharibədə ölən erməni əsgərlərin xatirəsinə həsr olunmuş turinir təşkil edəcəklər.

Dekabrın 28-də saat 19:00-da keçiriləcək turnir MMA (qarışıq döyüş növləri) üzrə olacaq. Turnirdə Qarabağdakı erməni idmançılarla yanaşı, Ermənistan və İranın da idmançıları iştirak edəcəklər.

Azərbaycan torpaqlarında belə bir turnirin təşkili qanunsuzdur. Separatçı-terrorçu rejim bununla “hələ də nəfəs aldığını” göstərməyə çalışır. Bu prosesdə Ermənistanın onlara dəstəyi də təəccüblü deyil. Əsas məqam turnirə İran idmançılarının da qatılmağa hazırlaşmasıdır.

Separatçıların Xankəndidə keçirməyə hazırlaşdığı qanunsuz turnirin elanı

İranla Azərbaycan arasında sonuncu dəfə gərginlik məhz Xankəndinə icazəsiz yük daşımaları ilə bağlı olub. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan bu daşımalar rəsmi Bakının sərt reaksiyasına səbəb oldu. Lakin İran tərəfi yük daşımalarında məsuliyyəti özəl şirkətlərin üzərinə qoymaqla prosesdən yayınmağa çalışdı. Yalnız Bakının Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində praktiki tədbirlər görməsindən sonra daşımaların qarşısı alındı. Bu gərginlikdən sonra Bakı və Tehran arasında münasibətlər normallaşma xətti üzrə davam edir, hətta iki ölkə arasında bir çox mühüm razılaşmalara imza atıldı. Bütün bunların fonunda İran idmançılarının Xankəndidə təşkil olunan qanunsuz turnirə qatılması nə Tehranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bəyanatlarına, nə də Bakı-Tehran münasibətlərinin ruhuna uyğun deyil.

Və açıq qalan suallar yaradır: İran Azərbaycanla münasibətlərin normallaşması prosesində səmimidirmi? Səmimidirsə, niyə idmançılarının separatçıların qanunsuz yarışına qatılmaq üçün Xankəndinə getməsinə icazə verir? Qanunsuz yük daşınması məsələsində olduğu kimi, bu dəfə də məsuliyyətdən yayınmağa çalışacaq?

Azərbaycan Qarabağa qanunsuz səfər edəcək İran idmançılarını qara siyahıya salacaq. Lakin İran bu suallara cavab verməli və bu qanunsuz addımın qarşısını almalıdır, əks təqdirdə ən azı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair bəyatlarının səmimi olmadığı aydın olacaq.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …