Cümə axşamı , May 2 2024
azfa

Niyə İranın Qafqazda əvvəlki təsiri yoxdur?

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Zənginləşmə vədi, Bakı-İrəvan gərginliyindən sonra İran və Azərbaycanı bir-birinə yaxınlaşdırıb.

“Middle East Eye” nəşri yazır: “İran Zəngəzur dəhlizinə qarşı çıxmaqda davam edir, lakin ekspertlər bildirirlər ki, Rusiya və Türkiyə Bakının həmin dəhlizdən istifadəsinə icazə vermək qərarına gəlsələr, nə İranın, nə də Ermənistanın buna qarşı çıxmağa gücü çatmayacaq”.

İran diplomatı deyir: “Bu gün biz rəsmi Bakını qaz müqaviləsi təklif etməklə aldada bilmərik. Əslində onlar bizim zəif yerlərimizdən öz xeyirlərinə istifadə edir və qaz müqaviləsi də bunu aydın şəkildə göstərir”.

İranın Cənubi Qafqaz siyasətinin dəyişməsini iqtisadi səbəblərlə əlaqələndirmək olar. “Middle East Eye” analitik saytı Tehran və Bakı arasında yeni iqtisadi əməkdaşlıq və bunun səbəbləri barədə raporunda yazır: Sentyabrın ortalarında Azərbaycan Türkiyə və Pakistanla birgə hərbi təlimlərə başladı. İki həftə sonra İran ordusu Azərbaycan Respublikası ilə sərhəddə çoxlu sayda quru qoşun qüvvələri yerləşdirərək hərbi təlim keçirdi. Bundan bir neçə gün sonra rəsmi Bakı Gürcüstanda İranın regional rəqibi olan Türkiyə ilə növbəti birgə hərbi təlim keçirdi.

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …