Urmiya gölünün qurudulması bölgədə ekoloji fəlakətə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Urmiya gölünə axan çayların qarşısını almaqla görü qurutması ciddi ekoloji fəlakətə yol açıb.

Azərbaycanlı fəalların etirazı nəticəsində gölün bərpasına söz verən rejim isə sözünü tutmayıb. Belə ki, gölə əlavə su ötürülməsi üçün büdcə ayrılmayıb.

İnsan və təbiət arasında yazılmamış bir qanun var ki, əvvəl təbiətin ehtiyacı olan su təmin edilməli, daha sonra isə digər istifadəçilərə su çatdırılmalıdır.

Ötən il Enerji Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, Urmiya gölünə 1,2 milyard kubmetr su daxil olmalı idi. Lakin rəsmilərin dediyinə görə, ilin sonuna qədər deyilən suyun yarısı belə Urmiya gölünə çatdırlmayıb.

Qeyd edək ki, İran rejimi bilərəkdən Urmiya gölünü qurutmaq fikrindədir. Rejim Xəzər dənizinin cənubundan farslar yaşayan mərkəzi bölgələrə suyun çəkilməsi ilə bağlı 2022 dövlət büdcəsi layihəsinə layihələr daxil edən İran hökuməti Urmiya gölünün suyunun bərpası üçün heç bir addım atmayıb. Rejim Urmiya gölünü qurutmaqla bölgədə yaşayan Azərbaycan türklərini köçkünə çevirib, onlara milli kimliyini də unutdurmağı hədəfləyib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …