Cümə axşamı , May 7 2026
azfa

Livan ziyalıları İran terror və işğalçılıq siyasəti ilə mübarizə aparmaq üçün “Milli Şura” yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Livanda siyasi və iqtisadi böhranın pisləşdiyi bir vaxtda bu ölkənin bir qrup siyasi, media və mədəni şəxsiyyəti İranın terror və işğalçılığı ilə mübarizə aparmaq üçün “Milli Şura” adlı yeni bir təşkilat yaratmaq istəyir.

Sözügedən şuranın əsas təşəbbüskarı Livan parlamentinin sabiq millət vəkili Fars Səiddir. O, 2005-ci ildə ümumi səfərbərlik yolu ilə Suriya qüvvələri tərəfindən Livanın işğalına son verməyi bacaran “14 mart” xalq hərəkatı qüvvələrini koordinasiya edib.

O və şuranın digər təsisçiləri inanırlar ki, İslam Cümhuriyyəti Hizbullah vasitəsi ilə Livanın qanuni dövlətini və orqanlarını işğal edib və bu ölkəni girov götürüb.

Şura yanvar ayının 10-u ilk iclasını keçirib, şura sədri və üzvlərinin seçilməsi məsələsi müzakirə edilib.

“İran İşğalçılığı ilə Mübarizə Şurası”nın ilk iclasından sonra mətbuat konfransı ilə şuranın fəaliyyətə başlamasının və məqsədlərinin elan edilməsi planlaşdırılıb.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …