Bazar , Sentyabr 27 2026
azfa

Muğanlı deputatın şikayətinə görə rejim ərdəbilli jurnalisti şallaqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində jurnalist və “Muğanın Ədalət Səsi” qrupunun admini Şapur Vuqar Muğanlı deputatın şikayəti ilə şallaq cəzasına məhkum edilib.

Jurnalistin Muğan (Parsabad) bölgəsinin İran məclisindəki deputatı Abbas Cahangirzadənin korrupsiya əməllərini ifşa etdiyi üçün onun şikayəti əsasında jurnalistə şallaq cəzası çıxarılıb.

Jurnalit Şapur Vuqar “deputatı təhqir etmək”də ittiham olunub və 74 şallaq zərbəsi ilə yanaşı 10 milyon tümən maddi cəriməyə məhkum edilib.

Şapur Vuqar həmçinin “Hökumət məmurlarını təhqir etmək”, “Yalan və töhmət xarakterli məlumatlar yaymaq” ittiham edilir. Muğandakı rejimin İnqilab Məhkəməsinin birinci istintaq bölməsinə çağrılan Şapur Vuqarın həbs olunma ehtimalı yüksəkdir.

Azərbaycanlı jurnalist bölgənin parlamentdəki nümayəndəsi Abbas Cahangirzadənin və yaxınlarının korrupsiya əməlləri və vəzifədən su-istifadə etmələri ilə bağlı yaydığı ifşaedici məlumatlara görə hədəf alınıb. Bu jurnalist bundan öncə də təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …