Cümə , Sentyabr 25 2026
azfa

Qaşqay türkləri ilə qaşqayların yurdunu qəsb edən İran qüvvələri arasında qarşıdurma olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 23-də Qaşqay türkləri ilə qaşqayların yurdunu qəsb edən İran qüvvələri arasında ciddi toqquşma baş verib.

Toqquşma zamanı bir neçə nəfərin döyülərək bədən xəsarəti aldığını bildirib.

Bu son bir ay ərzində Qaşqay türkləri ilə İranın məmurları arasında baş verən növbəti hadisədir.

Qeyd edək ki, İran rejimi Qaşqay türklərinin yaşadığı Qaşqayyurt vilayətini parçalayaraq müxtəlif vilayətlərə paylaşdırıb. Hazırda isə İran rejimi və muzdluları Kohkiluyə və Böyirəhməd vilayətinin Gəcsaran (Qoçkoroğlu) mahalının Heliqan bölgəsində yaşayan Qaşqay türklərinin öz ata-baba yurdlarından məcburi köçürüb, onların ərazilərini qəsb edir. Haqlı olaraq Qaşqay türkləri öz yurdları uğrunda mübarizə aparırlar.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …