Şənbə , İyul 4 2026
azfa

Azərbaycanlı siyasi məhbuslar Rza Vasiqi yenidən zindana qaytarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbuslar Rza Vasiqi dünən yenidən zindana qaytarılıb. Onun məzuniyyət müddəti bitdiyi üçün yenidən zindana qaytarılıb. Rza Vasiqi 2 illik həbs müddətinin davamını çəkmək üçün zindana salınıb.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Həmçinin yoxlayın

Tehran Britaniya və Fransanın Hörmüz boğazı ilə bağlı birgə bəyanatına sərt reaksiya verdi

QADTİB: Böyük Britaniya və Fransanın Omanla əməkdaşlığa hazır olduqlarını və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin …

Tramp: İrana dəfn mərasimin keçirilməsi üçün “bir həftəlik məzuniyyət” vermişik

QADTİB: ABŞ Prezidenti Donald Tramp Əli Xameneinin dəfn mərasimi barədə alçaldıcı ifadələr işlədərək bildirib ki, …