Çərşənbə , Sentyabr 23 2026
azfa

İran və Cənubi Azərbaycanda müəllimlər yenidən etiraz və tətillərə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün İran və Cənubi Azərbaycan şəhərlərində müəllimlərin və təqaüdə çıxmış təhsil işçilərinin geniş etiraz aksiyaları yenidən başlayıb.

İran Təhsil İşçiləri Koordinasiya Şurasının yanvarın 26-da yayınlanan növbəti çağırışından sonra bir çox şəhərlərdə müəllimlər dərsi dayandırıb.

Etiraz edən müəllimlər aldıqları maaşla dolana bilmədiklərinə toxunaraq, əllərində yazılı plakatlar qaldırıb, hökumətin onların problemlərinə biganə yanaşdığını bildiriblər.

Müəllimlər bununla yanaşı rütbələndirmə qanununun icra olunmasını və təqaüdlərin ödənilməsini tələb ediblər.

Tətil edənlər həmçinin işləyən müəllimlərin rütbələndirməsi barədə qərarın 80%-nin tam tətbiq edilməsini, təqaüddə olan müəllimlərin maaşlarının bərabərləşdirilməsini və digər tələblərinin yerinə yetirilməsini istəyirlər.

Qeyd edək ki, bu müəllimlərin son aylarda beşinci ümumi etiraz və tətilidir.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …