Azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini Evin zindanında koronovirusa yoluxub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini Evin zindanında koronovirusa yoluxub. Tohid Əmirəmini ilə birgə çox sayda məhbusun da omikron virusa yoluxduğu bildirlir.

Tehranın Evin zindanının 4-cü bölməsində həbsdə saxlamılan azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini yanvarın 29-da ailəsi ilə qısa telefon əlaqəsi zamanı koronovirusun Omikron ştammına yoluxduğunu bildirib.

Əmirəmini  özündən başqa onun saxlanıldığı bölmədə həbsdə saxlanılan çox sayda məhbusun da koronovirusa yoluxduqlarını deyib.

Məlumatda zindanın 4-cü bölməsində saxlanılan 20 məhbusudan götürülən analizlərin nəticəsinin müsbət olduğu və onların hamısının koronovirusun Omikron ştammına yoluxduğu qeyd olunub.

Evin zindanının həmin bölməində başqa azərbaycanlı siyasi məhbus Əkbər Nəiminin durumundan dəqiq məlumat əldə etmək mümkün olmasada, onun da koronovirusa yoluxması ehtimal edilir.

Qeyd edək ki, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini 210 gün təkadamlıq kamerada işgəncə altında saxladıqdan sonra Evin zindanına köçürdü.

Azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü münasibətilə poster payladığı üçün Kyanuş Aslani ilə birlikdə yaxalanmışdır. Fəal indiyə qədər təkadamlıq kamerada işgəncə edilib.

Bir öncə isə Kyanuş Aslani Evin zindanına köçürülüb. Hazırda azərbaycanlı fəallar Tohid Əmirəmini, Kyanuş Aslani və Kazım Səfabəxş Evin zindanının 4-cü bölməsində həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …