Şənbə , Noyabr 14 2026
azfa

İran rejimi İsfahanda modern sentrifuqaların istehsalına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Kərəcdə nüvə təsisatının əvəzinə, İsfahanda yerləşən atom təsisatında sentrifuqaların istehsalına başlayır.

İran bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Ajansa məlumat verib.

Kərəc Sentrifuqa Texnologiyası Şirkəti 2021-ci ilin iyun ayında insansız uçaq hücumuna məruz qalmışdı. Həmin vaxt İran hücumun İsrail tərəfindən həyata keçirildiyini və nəticədə orada olan MAQATE-nin nəzarət kameralarının da sıradan çıxdığını iddia etmişdi.

2021-ci il dekabrın 15-də İranla Atom Enerjisi üzrə Beynəlxalq Ajans arasında Kərəc təsisatında yenidən kameraların quraşdırılmasına dair razılaşma əldə olunub. Həmin kameralar bir neçə gün öncə İsfahanda yerləşən təsisata aparılaraq quraşdırılıb.

İranın hansı səbəblə sentrifuqaların istehsalını Kərəcdən İsfahana köçürməsinin detalları açıqlanmır.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …