Çərşənbə , Sentyabr 23 2026
azfa

İranın həbs etdiyi Məhəmməd Eyniyə Təbrizdə azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Rəşt şəhərində yaşayan və İranın ETTELAAT İdarəsi tərəfindən həbs olunan azərbaycanlı milli fəal Məhəmməd Eyniyə azadlıq tələbilə onun qrafiti divara çəkilib.

Bir qrup azərbaycanlı milli fəal Təbriz şəhərində binaların divarlarına Məhəmməd Eyninin qrafitlərini çəkiblər.

Həmçinin Məhəmməd Eyninin fotosu çəkilən və adı yazılan qrafittdə Azərbaycan bayrağının ay ulduzu da həkk olunub.

Qeyd edək ki, yanvarın 23-də Rəşt şəhərinin ETTELAAT İdarəsinə çağrılan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni yaxalanıb. Onun harada həbsdə saxlanıldığı məlumat vermirlər.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …