Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İstanbulda “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən İstanbul Universitetində “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək.

26 fevralda Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası baş tutacaq.

26 fevral, 2022-ci ildə İstanbul Universitetində başlayacaq kampaniyanın əsas məqsədi başda “Twitter” olmaqla, bütün sosial şəbəkələrdə o günün anlam və önəminin dünyaya çatdırılmasıdır.

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər müxtəlif dillərdə (əsasən, türk və ingilis) həştəqlər ilə sosial şəbəkələrdə trendə daxil olmağı hədəfləyirlər.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …