Bazar ertəsi , Noyabr 30 2026
azfa

İran rejimi Təbrizin Motojen Şirkətinin etiraz edən işçilərini işdən çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizin Motojen Şirkətinin etiraz edən işçilərini 9 günlük tətildən sonra işdən çıxarıb. Podratçı şirkətin işçiləri olan həmin işçilərin hamısı etiraz etdikləri üçün işdən çıxarılıb.

Yayılan məlumata görə, həmin işçilər işdən çıxarılma ilə əlaqədar hesablama aparılması üçün şirkətə çağrılıblar.

Bildirilir ki, şənbə günündən etibarən həmin işçilərin şirkətə girməsinə icazə verilmiyəcək!

İlin sonuna bir ay qalmış işdən çıxarılan Motojen Şirkətinin həmin işçilərinin sayı 700 nəfərdir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …