Cümə axşamı , Aprel 30 2026
azfa

Mövlud Çavuşoğlu: Türkiyə Montrö Konvensiyasının müddəalarını tətbiq edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Montrö Konvensiyasının bütün müddəalarını tətbiq edəcək. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu Ukraynadakı vəziyyətin “müharibə”yə çevrildiyini qeyd edərək, ölkəsinin Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəyini vurğulayıb: “Montrö Konvensiyasının 19-cu maddəsi kifayət qədər aydındır. Başlanğıcda bu Rusiyanın hücumu idi. Tərəfımizdən ekspertlər, hərbçilər, hüquqşünaslarla dəyərləndirdi (və qərara gəlindi ki) bu artıq müharibəyə çevrilib. Bu hərbi əməliyyat deyil, rəsmi olaraq müharibə şəraitidir. Belə olan halda hər bir tərəf üçün Montrö razılaşmasını tətbiq edirik”.

Qeyd edək ki, Montrö Konvensiyası savaş zamanı Türkiyənin müharibədə iştirak edən ölkələrin hərbi gəmiləri üçün boğazları bağlaması hüququnu da ehtiva edir.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …