Çərşənbə , May 6 2026
azfa

Ukrayna ordusu Zaporojye AES-i və Qostomeli rus işğalından azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye atom elektrik stansiyasına (AES) nəzarəti bərpa edib.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko açıqlama yayıb. Onun sözlərinə görə, hazırda AES Ukrayna ordusunun nəzarətindədir.

Qeyd edək ki, ötən gün Ukraynanın Enerqodar bölgəsində yerləşən Zaporojye atom elektrik stansiyasının ərazisində (AES) güclü yanğın baş verib. Avropanın ən böyük AES-ində yanğının olması region ölkələrində böyük təşvişə səbəb olmuşdu.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

“Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır”, – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …