Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Ukrayna Rusiyanın 12000-dən çox hərbçisini və çox sayda hərbi texnikasını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı yenilənib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbukda məlumat yayıb.

Bildirilib ki, müharibənin 13 gününün nəticələrinə görə, 12 000-dən çox rus hərbçisi zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.

Bundan başqa, hücum edən tərəfin 49 təyyarə, 81 helikopter, 317 tank, 1 070 zirehli döyüş maşını, 120 artilleriya qurğusu, 28 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 gəmi, 482 avtomobil texnikası məhv edilib.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …