Bazar , Sentyabr 27 2026
azfa

İran Suriya və İraqda yetişdirdiyi terrorçularını Rusiyaya köməyə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepah qurumu Ukraynada döyüşmək üçün Suriya və İraqda yetişdirdiyi terrorçulardan 300 nəfəri artıq Rusiyaya köməyə göndərib.

İranın göndərdiyi terrorçulardan 50 nəfəri Sepah-ın Qüds qanadının Suriyada “hərbi müşavir” adı altında döyüşən terrorçulardır. 250 nəfər isə İraqda “Sepah-a bağlı “Əl-Nücəba İslam Müqaviməti Təşkilatı”nın terrorçularıdır.

Həmin terrorçuların ötən illərdə Suriya və İraqda gedən müharibələrdə partizan və küçə döyüşləri təcrübəsi qazandıqları üçün Rusiyaya gətirilib və Ukraynada da küçə döyüşləri baş verərsə, oraya ezam ediləcəklər.

Qeyd edək ki, “Wall Street Journal” da ötən günlər ərzində adını çəkmədiyi amerikalı rəsmilərə istinadən Rusiyanın Suriyadan Ukrayna müharibəsinə muzdluları cəlb etdiyini bildirmişdi.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …